EN

Bu şəhər və kəndlərdə yaşayışa əlverişli evlər müəyyən edilib...

Köç planına əsasən 19 yaşayış məntəqəsinə o cümlədən, Xankəndi şəhərinin Kərkicahan 

qəsəbəsinə, Xocalı rayonunun 11 kəndinə (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, 

Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Çanaqçı və Mehdibəyli) və Ağdərə rayonunun 7 

kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Aşağı Oratağ və Çapar) əhalinin köçü 

ilə bağlı təmir-bərpa işlərinin aparılması məqsədilə müvafiq sayda qismən yararlı evlər 

müəyyən edilmişdir. Ölkə başçısının iştirakı ilə Xocalı rayonunun Ballıca kəndində işlər başa 

çatdırılmış 200 ailə (912 nəfər), Xanyurdu kəndində 69 ailə (237 nəfər), Təzəbinə kəndinə

28 ailə (125 nəfər), Badara kəndində 14 ailə (56 nəfər), Daşbulaq kəndində 13 ailə (67 nəfər), 

Seyidbəyli kəndində 9 ailə (30 nəfər), Şuşakənd kəndinə 15 ailə (59 nəfər), Ağdərə

rayonunun Həsənriz kəndində 159 ailə (566 nəfər), Vəngli kəndinə 51 ailə (188 nəfər) və

Kolatağ kəndinə 26 ailənin (89 nəfər) köçü baş tutub. Qeyd olunan kəndlərdə fərdi evlərin 

bərpası ilə yanaşı yaşıllıq zonalarının, o cümlədən əhalinin istirahəti üçün nəzərdə tutulmuş 

parkların salınması, dekorativ bitkilərin əkilməsi, küçələrin abadlaşdırılması, kənddaxili 

yolların təmiri və asfalt örtüyünün yenilənməsi, küçələrin işıqlandırılması, eləcə də müvafiq 

infrastrukturun yaradılması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətinin 

əlaqələndirilməsi kimi tədbirlər həyata keçirilir. 

Ağdərə rayonunun Suqovuşan kəndində inşası başa çatdırılmış 5 ədəd 5 mərtəbəli yaşayış 

binasına 2025-ci ilin mart-aprel aylarında ümumilikdə 180 ailə (592 nəfər), Xocalı şəhəri üzrə

isə 86 ailə (346 nəfər) məskunlaşmışdır. Ağdərə rayonunun Talış kəndində 20 ailə (90 nəfər) 

məskunlaşdırılıb.

Əhalinin məskunlaşdırılması sahəsində icra olunmuş tədbirlər.

Ərazidə ümumilikdə 18.7 minə yaxın şəxsin məskunlaşması təmin edilmişdir.

Xankəndi şəhəri üzrə 14740 nəfər, o cümlədən dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 11030 (onlardan orta məktəb şagirdləri - 1036 nəfər), Qarabağ Universiteti üzrə tələbə heyəti 2210 nəfər, hərbiçilər (ailə üzvləri ilə birgə) 1500 nəfər;

Ağdərə rayonu üzrə 1773 nəfər, o cümlədən dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 248 (iş üzərində gələnlər) nəfər, məskunlaşmış keçmiş məcburi köçkünlər 1525 nəfər;

Xocalı rayonu üzrə 2170 nəfər, o cümlədən dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə

Hurriyyet.az

Chosen
30
32
hurriyyet.az

10Sources