EN

Trampdan Avropaya xəbərdarlıq: “Çinə sanksiya qoyun, müharibə bitsin!”

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin Çinə iqtisadi təzyiq göstərməsi halında Rusiya-Ukrayna müharibəsinin bitməsi ehtimalının olduğunu bəyan edib.Turkustan.az xəbər verir ki, Böyük Britaniyaya səfərinin son günündə Fox News-a müsahibə verən Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.Çinin Rusiyadan ən çox neft idxal edən ölkə olduğuna diqqət çəkən Tramp Avropanın “Çinə sanksiya və ya tariflər tətbiq edəcəyi təqdirdə müharibənin bəlkə də bitə biləcəyini” deyib.Tramp, həmçinin Avropa ölkələrini Rusiyadan neft almağı dayandırmağa çağırışını təkrarlayaraq, “Əgər siz qazanmaq istəyirsinizsə, Rusiyadan neft almağı dayandırmalısınız” deyib.Rusiyanın sentyabrın 10-da hərbi pilotsuz uçuş aparatları (PUA) ilə NATO üzvü Polşanın hava məkanını pozmasının “səhv” olub-olmaması ilə bağlı şərh verməyəcəyini bildirən Tramp, bu hadisənin baş verməməli olduğunu vurğulayıb.Sentyabrın 15-də verdiyi açıqlamada Tramp Avropa ölkələrini "Rusiyadan neft almamağa" çağıraraq, "Onların (Rusiyaya qarşı) tətbiq etdiyi sanksiyalar kifayət qədər sərt deyil. Mən sanksiyalar tətbiq etməyə hazıram, lakin onlar da mənim etdiklərimə mütənasib olaraq sanksiyaları sərtləşdirməli olacaqlar" deyib.Tramp avqust ayında Hindistana tətbiq etmək qərarına gəldiyi əlavə tariflərin səbəbi kimi Yeni Dehlinin Rusiyadan neft almasını da göstərib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
2
icma.az

4Sources