1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İranda ticarət kompleksində baş verən yanğında xəsarət alanların sayı 55 nəfərə çatıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ölən olmayıb.
Qeyd edək ki, hadisə ötən gün İranın Xorasan-e Rəzəvi əyalətinin Səbzivar şəhərində yerləşən "Siman" ticarət və yaşayış kompleksində baş verib. Güclü yanğın səkkizmərtəbəli binanı bürüyərək həm ticarət obyektlərinə, həm də yaşayış sahələrinə ciddi ziyan vurub.