EN

Daha üç güləşçimiz mübarizəyə başlayır - dünya çempionatı

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, yarışın 7-ci günündə Azərbaycanın 3 yunan-Roma təmsilçisi mübarizəyə qoşulacaq, biri medal uğrunda yarışacaq.

Nihat Məmmədli (60), Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) millinin uğursuzluğuna son verməyə çalışacaq.

4-qat dünya çempionumuz Eldəniz Əzizli axşam seansında bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Ulan Muratbek Uulu (Qırğızıstan) - Artyom Delenau (Moldova) cütünün qalibi olacaq.

Qeyd edək ki, hazırda yığmamızın hesabında cəmi 4 medal var - sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc mükafat əldə ediblər.

Mundial sentyabrın 21-də yekunlaşacaq.

saytlarin hazirlanmasi

Chosen
33
1
sportal.az

2Sources