EN

Multikulturalizm Mərkəzi Qazaxıstanla əlaqə yaradıb

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Dünya və Ənənəvi Din Liderlərinin VIII Qurultayı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Beynəlxalq Konfessiyalararası və Dinlərarası Dialoq Mərkəzi arasında Memorandum imzalanıb.

Anlaşma sənədinin imzalanma mərasimində bildirilib ki, memorandum Azərbaycan və Qazaxıstanın qlobal miqyasda mədəniyyətlərarası, eləcə də dinlərarası dialoqa verdiyi önəmin bariz nümunəsidir. Yaradılan əlaqə regional və beynəlxalq miqyasda dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə verəcək, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin beynəlxalq miqyasda təşviqinə xidmət edəcək, Qazaxıstanın isə multikonfessional və multietnik cəmiyyət modelinin öyrənilməsi və təbliği baxımından faydalı olacaq.

Memoranduma əsasən birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi seminarlar, konfranslar və dəyirmi masaların təşkili, dinlərarası münasibətlərin inkişafı sahəsində təcrübə və metodoloji yanaşmaların mübadiləsi, dövlət qurumları üçün proqnoz və tövsiyələrin hazırlanması, elmi əməkdaşlar üçün təcrübə proqramlarının təşkili nəzərdə tutulur. Sənədlərdə birgə iştirakını, eləcə də gələcək əməkdaşlıq formalarının qarşılıqlı razılıq əsasında inkişaf etdirilməsini ehtiva edir.

T.RÜSTƏMLİXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
10
xalqqazeti.az

10Sources