ABŞ prezidenti Donald Tramp Çinlə ticarət sazişi bağlamaq istədiyi üçün Tayvana təxminən 400 milyon dollarlıq hərbi yardımın çatdırılmasını rədd edib.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Nəşr qeyd edir ki, Tramp administrasiyası ümumiyyətlə Pekinlə münasibətləri yumşaltmağa çalışır. Üstəlik, Ukraynaya silah tədarükü ilə bağlı vəziyyət də göstərdiyi kimi, ABŞ pulsuz yardım göstərməyə hazır deyil.
Ağ Evin sözçüsü bildirib ki, Tayvana hərbi təchizatdan imtina qərarı "son deyil" və ona yenidən baxıla bilər.