EN

Ziyafət Əsgərov: 23 saatlıq əməliyyatla separatizmin tabutuna son mismar vuruldu

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Konstitusiya və Suverenlik İli"nin elan olunmasının böyük rəmzi mənası var".

Oxu.Az-ın məlumatına görə, bunu "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, 2020-ci ildə Vətən müharibəsində Azərbaycan qalib gəldi, 2023-cü ilin 19-20 sentyabrında 23 saatlıq əməliyyat nəticəsində 10 mindən çox erməni separatçının olduğu ərazi nəzarətə götürüldü:

"Separatizmin tabutuna son mismar vuruldu. Bununla separatizmin kökü birdəfəlik kəsildi. Azərbaycanın bütün ərazisində suverenliyimiz bərpa olundu. Suverenlik hər bir dövlət, xalq və cəmiyyət üçün müqəddəs anlayışdır".

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
4
oxu.az

6Sources