EN

Şəhid ailələri və qazilər dövlətin daim himayəsində olacaq- Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində şəhid ailələri və qazilərlə bir araya gəlib.

Tədbirdə çıxış edən dövlət başçısı bildirib ki, Türkiyə tarix boyu bölgənin ayrılmaz parçası olub:

“Biz bu coğrafiyada qonaq yox, ev sahibiyik”.

Ərdoğan vurğulayıb ki, şəhidlərin və qazilərin mirası dövlət üçün müqəddəsdir və onların ailələri daim diqqət və qayğı ilə əhatə olunacaq. O, həmçinin Qəzzada baş verən hücumlara münasibət bildirərək sərt mövqe ortaya qoyub:

“Heç kim Türkiyəyə tarix öyrədə bilməz”.

Prezident görüş zamanı şəhid ailələri və qazilərin dövlət qurumlarında işlə təmin olunması üçün xüsusi püşkatma mərasiminin keçirildiyini də elan edib.

News365.az

Chosen
24
news365.az

1Sources