EN

Qırğızıstan Türk İnvestisiya Fondunun yaradılmasını dəstəkləyir

BAKI, 19 sentyabr. TELEQRAF

Türk Dövlətləri Təşkilatının hökumət başçılarının Bişkekdə keçirilən görüşündə Qırğızıstan Baş naziri Adılbek Kasıməliyev Türk Dövlətləri Təşkilatı yanında Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı həmkarlarının təklifini dəstəkləyib.

Teleqraf xəbər verir ki, o, təkcə strukturun yaradılmasının deyil, həm də faydalı və zəruri layihələrin həyata keçirilməsinin vacib olduğunu deyib.

“İnvestisiya fondunun fəaliyyətə başlaması ilə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində Ticarət və Sənaye Palatalarının və Ticarətin Təşviqi Komitəsinin fəaliyyəti iqtisadi əlaqələrin dərinləşməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu strukturların biznes fəaliyyətinin təşviqi, ticarət maneələrinin aradan qaldırılması, biznesin, xüsusilə də kiçik və orta sahibkarlığın dəstəklənməsi baxımından əhəmiyyətli potensialı var”, - baş nazir vurğulayıb.

Kasıməliyev qeyd edib ki, daha sistemli iqtisadi əməkdaşlıq yaratmaq üçün Qırğızıstan təşkilata üzv dövlətlər arasında iqtisadi, ticari, investisiya və maliyyə əməkdaşlığına dair Yol Xəritəsi layihəsini təklif edib.

Chosen
71
teleqraf.com

1Sources