Misli Premyer Liqasında V tura bu gün iki oyunla start veriləcək.
Tribunainfo.az xəbər verir ki, ilk olaraq “İmişli” “Karvan-Yevlax”ın qonağı olacaq.
Qarşılaşma saat 16:00-da start götürəcək. Hər iki komandanın 4 xalı var. “İmiş”li səkkizinci, “Karvan-Yevlax” doqquzuncu sıradadır.
Günün ikinci matçında “Zirə” “Şamaxı”nı qəbul edəcək. Bu görüş saat 18:30-da başlayacaq. 8 xala malik “Zirə” dördüncü, rəqibindən 3 xal geri qalan “Şamaxı” beşincidir.
Misli Premyer Liqası
I dövrə, V tur
19 sentyabr
16:00. “Karvan-Yevlax” – “İmişli”
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu
18:30. “Zirə” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Rauf Cabarov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun digər matçları sentyabrın 20-21-də keçiriləcək.