EN

Petrosyan: Paşinyan elə bir şey edib ki, artıq bu, mümkün deyil

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Baş nazir Nikol Paşinyan Ermənistanı dağıtmaqla məşğuldur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyib.

Ermənistanın keçmiş rəhbəri baş nazirin devrilməsinin qaçılmaz olduğunu iddia edib.

“Mən Ermənistanın növbəti hakimiyyətlərinə qətiyyən paxıllıq etmirəm, çünki Paşinyan o qədər ağır miras qoyub ki, ondan çıxmaq, demək olar ki, mümkün deyil”, - Petrosyan bildirib.

Keçmiş prezident bununla regionda Azərbaycanın xeyrinə dəyişən vəziyyətin dəyişdirilməsinin qeyri-mümkünlüyünə eyham vurub.

Qeyd edək ki, Levon Ter-Petrosyanın “ağır miras” ifadəsi Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmalar və Azərbaycanın işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməsi, İrəvanın da bunu tanıması kontekstində səsləndirilib. Ümumiyyətlə, o, son zamanlarda tez-tez Ermənistan-Azərbaycan sülh sazişinə müxalifliyi ilə gündəmə gəlir. Avqustun 8-də Vaşinqtonda Bakı və İrəvanın sülh sazişini paraflamasına qarşı açıq mövqe sərgiləyən sabiq prezident 1990-cı illərdəki işğal ortağı Rusiyanı prosesə aktiv müdaxiləyə çağırışları ilə də diqqət çəkir.

1990-cı illərdə Azərbaycan əraziləri işğal edilərkən Ermənistana rəhbərlik etmiş Petrosyan tez-tez ölkəmizin suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş fikirlər də səsləndirir. Onun ötən həftə yerli KİV-də yayılmış məqaləsi bu baxımdan uydurma iddialar və tarixi saxtakarlıqlarla zəngindir. İşğal dövründə “Ermənistanda ən loyal siyasi liderlərdən biri imici”ni formalaşdıran Petrosyan Azərbaycanın Qarabağı azad edərək öz ərazi bütövlüyünü təmin etməsindən sonra əsl simasını ifşa edib. O, hazırda Ermənistanda revanşist qüvvələrin başında dayananlardan və “Böyük Ermənistan” xülyasını gündəmdə saxlamağa çalışanlardan biridir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
sherg.az

2Sources