EN

Türkiyədən Qazaxıstana xalça ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz artaraq, 3 milyon 494 min 30 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 25 milyon 238 min 62 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 azalaraq, 1 milyard 753 milyon 187 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 232 milyon 197 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 0,4 faiz azalıb” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 2 milyard 784 milyon 645 min dollar məbləğində xalça ixrac edib.

Chosen
10
33
turkic.world

10Sources