EN

Ötən gün 56 cinayətin açılması təmin edilib

Sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 12 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Chosen
10
49
yeniazerbaycan.com

10Sources