EN

Şavkat Mirziyoyev ABŞ yə səfərə getdi

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Nyu-Yorkda (ABŞ) BMT-nin 80 illiyinə həsr olunmuş mərasimdə iştirak edəcək.

Teleqraf xəbər verir ki, yüksək səviyyəli tədbir sentyabrın 22-də BMT Baş Assambleyasının zalında keçiriləcək.

Tədbirdən əvvəl əvvəl Özbəkistan liderinin Vaşinqtonda ABŞ Konqresinin Nümayəndələr Palatasının binasında və BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında ingilis dilində “Yeni Özbəkistan: Şavkat Mirziyoyevin yolu” kitabının təqdimatı keçiriləcək.

Prezidentlə yanaşı, Özbəkistan hökumətinin, parlamentinin üzvləri və müxtəlif təşkilatların nümayəndələri də ABŞ-dədir.

Yubiley sessiyası “Birgə işləmək: Sülh, İnkişaf, İnsan Hüquqları və Tərəqqi naminə 80 illik Tərəfdaşlıq” mövzusu altında keçiriləcək.

Sessiya BMT nümayəndələrini, dövlət və hökumət başçılarını son 80 ildə əldə edilmiş nailiyyətləri və daha inklüziv və həssas çoxtərəfli sistemin yaradılması yollarını müzakirə etmək üçün bir araya gətirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
sherg.az

2Sources