EN

Azərbaycan neftinin qiyməti azalıb

Finss.az - 19 sentyabr 2025-ci il tarixində dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti düşüb.

Dünya birjalarında “Azeri Light” (CIF) neftinin qiyməti 0,51 ABŞ dolları və ya 0,72% azalaraq 70,25 ABŞ dolları/barel səviyyəsinə enib. Əvvəlki göstərici isə 70,76 ABŞ dolları/barel olub.

Qeyd edilir ki, 2025-ci ilin dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları nəzərə alınaraq hesablanıb.

Chosen
8
1
fins.az

2Sources