EN

"Separatizmin tabutuna son mismar vuruldu" - Vitse-spiker

"Suverenlik ilinin elan olunmasının böyük rəmzi mənası var. 2020-ci ildə Vətən müharibəsində qalib gəldik. 2023-cü ilin 19-20 sentyabrında 23 saatlıq əməliyyat nəticəsində 10 mindən çox erməni seprataçılarının olduğu ərazidə bu məsələ həll edildi".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.

"Separatizmin tabutuna son mismar vuruldu. Bununla separatizmin kökü birdəfəlik kəsildi. Azərbaycanın bütün ərazisində suverenliyimiz bərpa olundu. Suverenlik hər bir dövlət, xalq və cəmiyyət üçün müqəddəs anlayışdır", - deyə sədr müavini bildirib.

Chosen
14
4
adalet.az

6Sources