2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın Baltikyanı ölkələrlə (Estoniya, Latviya və Litva) ticarət dövriyyəsinin ümumi həcmi 10,5 faiz artaraq 58,8 milyon dolları üstələyib.
Bu barədə Operativ Media-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Azərbaycandan Baltikyanı ölkələrə ixrac: 26 milyon dollar (+86,9 faiz)
Baltikyanı ölkələrdən Azərbaycana idxal: 32,8 milyon dollar (-16,5 faiz)
Cari ilin ilk səkkiz ayının nəticələrinə görə, Azərbaycanın ümumi ticarət dövriyyəsində Baltikyanı ölkələrlə ticarətin payı 0,18 faiz təşkil edib.