EN

Qazaxda “Şanlı Vətən oğulları” kitabının təqdimat mərasimi keçirilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazax, 19 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlət-gənclər siyasətinin təşviqi, vətənpərvərlik ruhunun gücləndirilməsi və yaradıcı gəncliyin formalaşdırılması məqsədilə Qazaxda YAY FEST və Bakı Dövlət Universitetinin Qazax filialının mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın şəhidlərə həsr etdiyi sayca üçüncü kitabı - “Şanlı Vətən oğulları” nəşrinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlər haqqında kitab yazmağın şərəfli iş olduğu vurğulanıb. Müəllif yeni kitabın 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edildiyini bildirib. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında ürək sözləri qələmə alınıb. Elçin İsmayıl kitabın ərsəyə gəlməsi üçün hər bir şəhid ailəsinin evində olduğunu, igid Vətən oğullarının həyat və döyüş yolunu, onlarla bağlı xatirələri ailələrinin dilindən dinlədiyini, hər bir xatirəni ürək yanğısı ilə qələmə aldığını söyləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
azertag.az

1Sources