EN

Qəbul imtahanında 600 və daha yüksək bal toplayanların NƏZƏRİNƏ

Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, təhlili və təbliği hər zaman DİM-in diqqət mərkəzindədir. Artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, ictimaiyyətə tanıdılması məqsədilə DİM bir sıra tədbirlər həyata keçirir. 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

2016-cı ildən etibarən “Bilik yarışının öncülləri” internet layihəsi istifadəyə verilib və abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr olunur. 

Layihənin missiyası yüksəkballı gənclərin təbliği ilə yanaşı bilik yarışının öncüllərinin təcrübələrini şagirdlərə, gələcək abituriyentlərə örnək kimi təqdim etməkdir. 

Qəbul imtahanında 600 və daha yüksək bal toplayan gəncləri “Bilik yarışının öncülləri” internet layihəsində fəal iştirak etməyə, öz təcrübələrini paylaşmağa dəvət edirik.

Layihədə iştirak etmək üçün şəxsi kabinetinizin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə www.abiturient.az saytında (600.abiturient.az/600anket2/) təqdim edilən anket-sorğunu doldurmalısınız. Anket-sorğu yalnız bir dəfə və bütün bəndləri doldurulur. Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket-sorğunu doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin www.abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumat təqdim ediləcək.

Chosen
10
8
azedu.az

9Sources