EN

Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir » AzadMedia.az


İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi Azərbaycanın gücünü, strateji baxışını və idarəetmə qabiliyyətini nümayiş etdirir. Hazırda Xankəndi şəhərində genişmiqyaslı infrastruktur layihələri uğurla icra olunur.

Yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır, iqtisadiyyat, təhsil, səhiyyə, ictimai xidmətlər, mədəni irsin bərpası və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir.Hazırda Xankəndi şəhərində Zəfər parkı, Konqres mərkəzi, Zəfər muzeyi, Xankəndi şəhər futbol stadionu, Xüsusi nümayəndəliyin binası, Biznes mərkəzi, mədəniyyət mərkəzinin istifadəyə verilməsi uğurla həyata keçirilir.

Xankəndi,Xocalı,Xocavənd və Ağdərə şəhərləri Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə regionun ən gözəl şəhərlərindən birinə çevrilməkdədir.Doğma yurdlarından 35 ildən çox ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı mərhələli şəkildə həyata keçirilməkdədir.

Xankəndi şəhəri ötən dövr ərzində ölkə başçısının müəyyən etdiyi tapşırıqların icrası çərçivəsində iqtisadiyyatın bərpası, məskunlaşma, məşğulluğun təmin edilməsi, zəruri infrastrukturun yaradılması və bərpa-quruculuq sahəsində əhəmiyyətli işlər görülüb.

İlk növbədə ərazidə inzibati idarəetmənin təşkili, əhalinin müxtəlif sahələr üzrə ehtiyaclarının ödənilməsi və xidmətlərdən faydalanması məqsədilə bir çox dövlət orqanları və təşkilatlarının regional fəaliyyəti təmin edilib.



Eldar Kazımov, YAP Masallı rayon təşkilatının əməkdaşı
Chosen
46
1
azadmedia.az

2Sources