EN

Dünya Bankı Azərbaycanda bu layihəyə qrant ayırıb

Azərbaycan Dünya Bankından "Yaşanılabilən Bakı" layihəsi üçün qrant əldə edib.

Sitat.info bu barədə Dünya Bankına istinadən xəbər verir. Məlumata görə, qrant vəsaitinin bir hissəsi Abşeron tullantı bölgəsində bərk məişət tullantılarının vahid idarə olunması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına yönəldiləcək.

Layihə çərçivəsində məsləhətçi mövcud ilkin texniki-iqtisadi əsaslandırmanı nəzərdən keçirəcək, yeni məlumatları toplayacaq və təkmilləşdirilmiş əsaslandırma təqdim edəcək. İşlərə baza göstəricilərinin yenilənməsi, investisiya təkliflərinin hazırlanması, maliyyə və iqtisadi təhlillərin aparılması, konseptual layihənin və tender sənədlərinin hazırlanması daxildir.

Tapşırığın ümumi müddəti müqavilə imzalandıqdan sonra 6 ay təşkil edir və icrasına 2025-ci ilin noyabr ayında başlanılması planlaşdırılır. Layihənin ehtimal olunan ümumi dəyəri 505 min ABŞ dollarıdır.

 

Chosen
26
3
sitat.info

4Sources