Hurriyyet saytına istinadən ain.az xəbər verir.
Hurriyyet.az xəbər verir ki, Polşada bomba sığınacaqlarında kütləvi yoxlamalar aparılır.
Bu barədə yerli RFF24 radiostansiyası məlumat verib.
Xəbərdə deyilir: "Dövlət təhlükəsizliyi üçün artan çağırışlar şəraitində Polşanın xidmət orqanları əhalinin müdafiəsi işini aktivləşdirirlər. 2025-ci ilin 12 sebtyabrında təhlükəsizlik üçün cavabdeh olan orqanların təşəbbüsü ilə təqribən 4000-ə qədər binanın sığınacaq və müvəqqəti yaşayış yeri kimi yararlılığı yoxlanılmışdır".
Bununla yanaşı, hökumət sığınacaqların müasirləşdirilməsi, yeni müdafiə obyektlərinin tikintisi və xəbərdarlıq sistemlərinin inkişafı üçün 5 milyard zlotıya yaxın vəsait ayırıb.
Hürr Tərcüman
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.