EN

Parisdə muzeydən qızıl oğurlanıb 700 min dollar dəyərində

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın paytaxtı Parisdəki Milli Təbiət Tarixi Muzeyində oğurluq olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oğurluq zamanı təxminən 700 min dollar dəyərində "xam qızıl" nümunələri aparılıb.

Məlumata görə, oğurluq səhər tezdən muzeyin Geologiya və Mineralogiya Qalereyasında baş verib. Muzey rəhbərliyi hadisənin tam peşəkar komanda tərəfindən həyata keçirildiyini deyib: "Onlar qızıl nümunələrinin saxlandığı yeri dəqiqliyi ilə biliblər. Və çox peşəkarcasına "əməliyyyat"ı icra ediblər"

Muzeyin baş direktoru Emmanuel Skoulios isə Fransanın BFM TV telekanalına deyib ki, faktla bağlı polis araşdırmaya başlayıb: "Ümid edirik ki, mədəni irsimiz üçün vacib olan bu komponetlər tezliklə toxunulmamış şəkildə tapılacaq. Açıq deyim ki, bu, mədəni irsimiz üçün ölçüsüz itkidir"

Xatırladaq ki, 1793-cü ildə əsası qoyulan Milli Təbiət Tarixi Muzeyi dinozavr qalıqları və zəngin mineral kolleksiyası ilə seçilən dünyanın aparıcı elmi müəssisələrindən biridir. Burada bir neçə dəfə oğurluq halları olub.

Ləman

MİA.AZ

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
mia.az

1Sources