EN

Müəllim naziri və agentlik direktorunu tənqid etdi: “Sonu mənimçün yaxşı olmasa da, məcburam..."

Müəllim Mirmehdi Rəsul (İbişov) çalışdığı məktəbdəki vəziyyətlə bağlı müraciət edib.

Milli.Az-ın məlumatına görə, Mirmehdi Rəsul bildirir ki, müəllim olduğu Füzuli rayon Qayıdış qəsəbə 7 saylı  tam orta məktəbdə aprel ayından işıq yanmır:

"Trasfarmator yanıb. Təqdimat yazmadığımız qurum qalmayıb. Dərsliklər çatışmır. Məktəb qəzalı vəziyyətdə. Nazirlik üzərinə düşən işin birini də yarıtmır. Bir dəfə də olsun əlinə jurnal alıb sinifə girməyənlər təhsildən danışır. Nazirimiz problemlərdən elə danışır, elə bil heç bu problemlərə dəxlisi yoxdur. Hamı bir-birini aldadır. İki övladım bu məktəbdə təhsil alır. Havalar soyuyur. İstilik sistemimiz elektiriklədir. Uşaqlarımı hava soyuyan kimi qoymayacam məktəbə. Dərslik yoxdur. PDF atırlar ki, çıxarın bununla keçin .Cənab Eşqi Bağırov, Siz bilərsiniz odun peçinə "USB" qoşsaq printer işləyər? O boyda nazirlikdən bir nəfər çap olunmuş dərsliklərə baxmır. Dərsliklərdə elə səhvlər var adam xəcalət çəkir. Baş qarışıb qrant müsabiqələrinə. Molla aşı görüb Quran yaddan çıxıb. Adamın brifinqdə danışdıqları bir başa məhkəmə predmetidir. Yazmaq məcburiyyətindəyəm. Sonu mənimçün yaxşı olmasa da".

Mehman Əsədov
Milli.Az

Chosen
16
8
milli.az

10Sources