EN

Bu da oldu - Trampın 4 metrlik qızıl heykəli ucaldıldı...


Vaşinqtonda Konqres binasının qarşısında prezident Donald Trampın əlində Bitcoin tutmuş 12 fut (təxminən 3,6 metr) hündürlüyündə qızıl heykəli ucaldılıb. Bu hadisə həm böyük maraq, həm də mübahisə doğurub. Heykəl kriptovalyuta investorlarının dəstəyi ilə hazırlanıb. Təşkilatçılar bildiriblər ki, əsərin məqsədi rəqəmsal valyutanın gələcəyi, pul siyasəti və hökumətin maliyyə bazarındakı rolu ətrafında müzakirələr yaratmaqdır. Heykəl həmçinin Trampın kriptovalyutalara açıq dəstəyinə həsr olunub və gün ərzində çox sayda izləyici cəlb edəcəyi gözlənilir.

Heykəlin açılışı ilə eyni vaxtda ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 bənd azaldaraq 4,3 faizdən 4,1 faizə endirdiyini açıqlayıb. Bu, 2024-cü ilin dekabrından bəri ilk faiz azaldılmasıdır.

Mətləb

Chosen
12
2
baki-xeber.com

3Sources