EN

Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər saxlanılıblar

Bakı. Trend:

DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindənXəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və suhövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davametdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regionalqrupundan Trend-ə verilən məlumata görə, İdarənin Lənkəran XəttPolis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbətitədbirlər zamanı Qızılağac Milli Parkının Kiçik Körfəz suhövzəsində qanunsuz balıq ovu ilə məşğul olan əvvəllər məhkumolunmuş V.İbadov və F.Qafarov saxlanılıblar.

Baxış zamanı həmin şəxslərdən 65 ədəd müxtəlif növ balıq, ovalətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Su bioresurslarının qorunması və ekoloji tarazlığın təminedilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumlarıilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Məqalədə:
Chosen
33
15
az.trend.az

10Sources