EN

Azərbaycan Dünya Bankından "Yaşanılabilən Bakı" layihəsi üçün qrant əldə edib

Azərbaycan Dünya Bankından "Yaşanılabilən Bakı" layihəsinin hazırlıq mərhələsi üçün qrant əldə edib.

FED.az xəbər verir ki, həmin vəsait hesabına Abşeron tullantı bölgəsində bərk məişət tullantılarının vahid idarə olunması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanacaq.

Qrantın bir hissəsi həmin işlə bağlı məsləhət xidmətlərinə yönəldiləcək.

Belə ki, məsləhətçi mövcud ilkin texniki-iqtisadi əsaslandırmanı nəzərdən keçirəcək, yeni məlumatları toplayacaq və yenilənmiş texniki-iqtisadi əsaslandırma, texniki-iqtisadi tədqiqatın təkmil etmək üçün tələb olunan əlavə təhlilləri həyata keçirəcək. Tapşırığa həmçinin hesabatların hazırlanması, baza göstəricilərinin yenilənməsi, bərk tullantıların vahid idarə olunması üzrə investisiya ssenarilərinin hazırlanması, maliyyə- iqtisadi təhlillərin aparılması, konseptual layihənin hazırlanması və texniki-iqtisadi əsaslandırmanın yenilənməsi daxildir.

Xidmətin ümumi müddəti müqavilənin imzalanma tarixindən etibarən 6 aydır. Tapşırığın icrasına bu ilin noyabr ayında başlanılması nəzərdə tutulur. Tapşırığın ehtimal olunan ümumi dəyəri 505 min ABŞ dollarıdır. İcraçı qurum İqtisadiyyat Nazirliyidir. (Report)

Chosen
16
1
fed.az

2Sources