EN

Yük avtomobillərinin iştirakı ilə qəza ölən var

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda iki yük avtomobili toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Cəlilov Səməndər Lətif oğlu idarə etdiyi "Ford Transit" markalı yük avtomobili ilə Zabrat qəsəbəsində yerləşən "Rahat Super" marketin qarşısında dayanmış Abbasov Elman Cəbrayıl oğlunun istifadəsində olan "HOWO" markalı yük avtomobilinə arxadan çırpılıb.

Nəticədə "Ford Transit" markalı avtomobilin sürücüsü Səməndər Cəlilov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
5
bakivaxti.az

6Sources