EN

İsrail Parisin Fələstini tanımasına qarşı sərt cavab hazırlayır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İsrail Parisin Fələstin dövlətçiliyini tanımaq niyyətinə cavab olaraq Fransaya qarşı sərt tədbirlər görməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

İki avropalı rəsminin və İsrail hökumətinin mövqeyi ilə tanış olan ekspertin sözlərinə görə, İsrail “bir neçə variant hazırlayır”. Bunlara Fələstin Milli Administrasiyasının fəaliyyət göstərdiyi İordan çayının qərb sahilinin ilhaqının sürətləndirilməsi də daxil ola bilər.

Mümkün tədbirlər paketinə Fransanın Qüdsdəki konsulluğunun bağlanması və xristianların ziyarətgahı olan Eleon məbədi kimi İsraildə fransızlara məxsus məbədlərə və ərazilərə qarşı addımlar daxildir.

İsrail xarici işlər nazirinin müavini Şarren Haskel daha əvvəl Fransa radiosuna demişdi ki, 1948-ci ildə İsrail Dövləti qurulmazdan əvvəl mövcud olan Qüdsdəki Fransa diplomatik missiyasının bağlanması “İsrailin baş naziri Benyamin Netanyahunun gündəmindədir”.

Avropalı diplomatın sözlərinə görə, İsraili “qisas almaqdan heç bir şey dayandıra bilməyəcək”.

“Nə baş verməsindən asılı olmayaraq, Fransa ilə İsrail arasında münasibətlər xeyli dərəcədə pisləşəcək. Makron bu məsələdə hərəkətverici qüvvə idi... və Netanyahu ilə dialoq artıq çətinləşib”, - deyə diplomat əlavə edib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Fransa sentyabrın 22-də BMT-də Qəzzadakı döyüşlərdən və İsrail hakimiyyətinin digər qərarlarından asılı olmayaraq Fələstinin tanınması məsələsi ilə bağlı konfrans keçirmək niyyətindədir. İyulun 29-da Böyük Britaniyanın baş naziri Keir Starmerin ofisi bəyanat yayaraq, İsrailin Qəzza zolağına humanitar yardımı əngəlləməkdə davam edəcəyi və anklavda hərbi əməliyyatlarını dayandırmayacağı təqdirdə Londonun BMT Baş Assambleyasının sessiyası öncəsi Fələstinin dövlətçiliyini tanıyacağını elan edib.

İyulun 24-də Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının sessiyasında Parisin Fələstin dövlətini tanıyacağını bəyan edib.

Fələstin BMT-yə üzv olan 148 dövlət tərəfindən tanınıb. Fələstin səfirlikləri və daimi nümayəndəlikləri 95 ölkədə fəaliyyət göstərir.

Xatırladaq ki, 1988-ci ildə Sovet İttifaqı  Fələstin Dövlətini tanıyıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
2
icma.az

3Sources