Antalyanın Alanya rayonunda meşə yanğını baş verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Aliefendi məhəlləsində başlayan yanğın İspatlı məhəlləsinə qədər yayılıb, bəzi evlərə və istixanalara ziyan dəyib.
Bir məhəllə təxliyə edilib.
Qeyd edək ki, Muğlada 7 ayrı meşə yanğınından 4-ü söndürülüb, 3-ü isə davam edir.
Gecədən başlayan yanğınların söndürülməsinə aviasiya cəlb olunub.