EN

Rusiyada bar və restoranlardan "müharibə pulu" yığılacaq...


Rusiyada Ukrayna müharibəsinə pul yığmaq üçün yeni üsulla əl atıblar. Belə ki, Dövlət Dumasında hazırlanan yeni qanun layihəsinə əsasən, ölkə ərazisindəki bar və restoranlarda ödənilən hesabların 1%-i Ukraynada gedən müharibə üçün ayrılacaq. Bu qanun layihəsini hazırlayanlar belə düşünürlər ki, bu yolla əyləncə məkanlarında istirahət edən vətəndaşlar "cəbhədəki əsgərlər haqqında düşünməyə" təşviq olunacaqlar. Qanun layihəsi hələ müzakirə mərhələsindədir və qəbul olunacağı halda, ölkə üzrə bütün ictimai iaşə müəssisələrinə şamil ediləcək.
Chosen
42
1
baki-xeber.com

2Sources