EN

MPL: Zirə Şamaxı ya, Karvan Yevlax İmişli yə qarşı

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Milsi Premyer Liqasında 5-ci tur start götürəcək.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış günündə 2 matç baş tutacaq.

Günün ilk oyununda Premyer Liqanın debütantları "Karvan-Yevlax" ilə "İmişli" üz-üzə gələcəklər. Elitada ilk dəfə qarşılaşacaq komandaların dueli maraq doğurur.

Şamaxını bu həftə debütantların ixtiyarına buraxan eyniadlı komanda özü isə bu gün "Zirə"nin qonağı olacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu bölgə təmsilçisi məğlubiyyətsiz irəliləyən "qartallar"ı büdrətməyə çalışacaq. Rəşad Sadıqovun komandası qələbə qazanacağı halda isə azı bir günlük zirvəni ələ keçirəcək.

Qeyd edək ki, turun iki oyunu şənbə (“Qəbələ” – “Kəpəz”, “Sabah” – “Turan Tovuz”), son iki görüşü isə bazar günü (“Araz-Naxçıvan” – “Qarabağ”, “Sumqayıt” – “Neftçi”) keçiriləcək.

Misli Premyer Liqası

5-ci tur

19 sentyabr

16:00. “Karvan-Yevlax” – “İmişli”

Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov.

VAR: İnqilab Məmmədov, Namiq Hüseynov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Şamaxı şəhər stadionu.

18:30. “Zirə” – “Şamaxı”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli.

VAR: Rauf Cabarov, Müslüm Əliyev.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Zirə İdman Kompleksinin stadionu.

 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
1
fanat.az

2Sources