EN

Azərbaycan Premyer Liqasında V tura start verilir

BAKI, 19 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında V tura bu gün iki oyunla start veriləcək.

Teleqraf xəbər verir ki, günün ilk matçında “Karvan-Yevlax” “İmişli”ni qəbul edəcək.

Qarşılaşma saat 16:00-da start götürəcək. Hesabında 4 xal olan Yevlax təmsilçisi turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. İmişli təmsilçisi isə eyni xalla yeddinci pillədə yer alır.

Günün ikinci matçında "Zirə" "Şamaxı"nı qəbul edəcək. Bu görüş saat 18:30-da başlayacaq. “Qartallar” hazırda 8 xalla turnir cədvəlinin dördüncü, “şirlər” isə 5 xalla beşinci pilləsində qərarlaşıb.

Azərbaycan Premyer Liqası

V tur

19 sentyabr

16:00. "Karvan-Yevlax" – "İmişli"

Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov
VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Şamaxı şəhər stadionu

18:30. "Zirə" – "Şamaxı"

Hakimlər: Cavid Cəlilov,
Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rauf Cabarov

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Zirə Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura sentyabrın 21-də yekun vurulacaq.

Chosen
8
teleqraf.com

1Sources