EN

19 20 sentyabr döyüşləri xalqımızın, dövlətimizin, ordumuzun tarixinə yeni, şanlı bir səhifə kimi yazıldı

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əzəli və əbədi torpağımız olan Qarabağda yuva salmış erməni terrorçularına və separatçı rejimə qarşı uğurla həyata keçirdiyi lokal antiterror tədbirlərindən 2 il ötür.19-20 sentyabr döyüşləri xalqımızın, dövlətimizin, ordumuzun tarixinə yeni, şanlı bir səhifə kimi yazıldı. Cəmi 23 saat 43 dəqiqə davam edən bu möhtəşəm əməliyyat Azərbaycan ordusunun yüksək peşəkarlığını, hərbi-texnoloji üstünlüyünü, döyüş əzmini və qətiyyətini bir daha həm düşmənlərimizə, həm də bütün dünyaya nümayiş etdirdi.Antiterror əməliyyatı ən yeni tariximizin zirvə nöqtəsi oldu, Xan şəhərimiz olan Xaankəndidə üçrəngli dövlət bayrağımız yenidən qürurla dalğalanmağa başladı, ərazi bütövlüyümüz və suverenliyimiz tam olaraq bərpa olundu. Azərbaycanın müasir tarixinə daha bir şərəfli günün daxil edilməsinə səbəb olan antiterror əməliyyatı 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin davamı və tamamı kimi yaddaşlara yazıldı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin vurğuladığı kimi biz 19-20 sentyabrda erməni separatizminin tabutuna sonuncu mismarı vurduq, separatizmi həmişəlik dəfn etdik, 200 illik tarixi ədalətsizliklərə son qoyduq, Cənubi Qafqazda reallıqları kökündən dəyişdik, dərin layları tərpətdik və tamamilə yeni reallıqlar yaratdıq. Biz indi qalib xalq, qalib dövlət kimi növbəti hədəfimizi - Qarabağa Böyük Qayıdış proqramını uğurla gerçəkləşdiririk. Qarabağ və Şərqi Zəngəzur indi böyük quruculuq meydanına çevrilib. Erməni vandalizminə məruz qalmış şəhər və kəndlərimiz indi sürətlə bərpa olunur, dirçəlir.Tariximizə qızıl hərflərlə yazılan bu şərəfli gündə əziz şəhidlərimizi dərin ehtiram və rəhmətlə anırıq. Tanrı onların ruhunu şad etsin. Prezidentimizi, əsgər və zabitlərimizi, qazilərimizi isə bu şanlı gündə ürəkdən təbrik edirik! Zəfərimiz mübarək olsun!Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
newscenter.az

2Sources