EN

Şimali Koreya yeni strateji və taktiki pilotsuz uçuş aparatlarını sınaqdan keçirib

Kim Çen In şəxsi nəzarəti altında keçirilən testlər dron texnologiyalarının inkişafını nümayiş etdirdi...

Poliqon xəbər verir ki, Şimali Koreyada Pilotsuz Hava Texnologiyaları Birliyinə aid elmi-tədqiqat institutları və müəssisələrdə hazırlanan yeni tip pilotsuz uçuş aparatlarının (PUA) sınaqları keçirilib. Testlərə şəxsən ölkə lideri Kim Çen In rəhbərlik edib.

Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, dövlət başçısı müxtəlif növ PUA-ların — strateji və taktiki kəşfiyyat dronları, çoxməqsədli aparatların texniki xüsusiyyətləri və döyüş şəraitində tətbiq imkanları ilə yaxından tanış olub. Sınaqlar nəticəsində xüsusilə “Kımson” seriyalı taktiki zərbə dronlarının effektivliyi təsdiqlənib.

Kim Çen In çıxışında vurğulayıb ki, müasir müharibələrdə pilotsuz silahların tətbiq sahəsi getdikcə genişlənir və onlar hərbi əməliyyatların aparılmasında aparıcı vasitəyə çevrilir:
“Bu reallıq pilotsuz silah sistemlərində əsas texnologiyaların — xüsusilə süni intellekt imkanlarının və onların döyüş əməliyyatlarını icra qabiliyyətinin sürətli inkişafını vacib edir”, — deyə Şimali Koreya liderinin sözləri KÇTA tərəfindən sitat gətirilib.

Ekspertlərin fikrincə, Pxenyanın son addımı regionda hərbi texnologiyalar yarışını daha da kəskinləşdirə bilər. Qonşu ölkələr, xüsusən də Cənubi Koreya və Yaponiya, Şimali Koreyanın pilotsuz imkanlarının artırılmasının regional təhlükəsizlik balansına ciddi təsir göstərə biləcəyini düşünürlər.

Poliqon.info

Chosen
44
poliqon.info

1Sources