EN

UFC rəhbəri Makqreqor Pol döyüşünə niyə icazə vermədiyini açıqlayıb

ain.az, Idman.biz saytına istinadən bildirir.

UFC rəhbəri Dana Uayt restler Loqan Polun Konor Makqreqorla döyüşünün niyə ləğv edildiyini izah edib.

İdman.biz bildirir ki, bu barədə Pol özü Uaytdan soruşub.

"Niyə onunla döyüşürsən? Sən çox nəhəngsən. Konorun çəkisi 145 və ya 155 kiloqramdır", - deyə Uayt Pola cavab verib.

Uaytın sözlərinə isə Pol "Elədir, amma Konor məni döyə biləcəyini demişdi. İnsanlar baxardı", reaksiyasını verib.

2024-cü ilin dekabrında Makqreqor və Polun Hindistanda döyüşə biləcəyi və bunun üçün hər biri 250 milyon dollar alacağı barədə məlumatlar yayılmışdı.

Açıq mənbələrə görə, Makqreqorun çəkisi təxminən 70 kq, Polun çəkisi təxminən 100 kq-dır. Loqan irlandiyalıdan 13 sm hündürdür (188 sm 175 sm-ə qarşı).

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
65
1
icma.az

2Sources