EN

Okan Buruk: "Uğursuz bir gün keçirdik"

"Bu nəticəyə görə məsuliyyəti mən daşıyıram".

İdman.biz bildirir ki, bu sözləri "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda "Ayntraxt"a 1:5 hesabı ilə məğlubiyyətsən sonra deyib.

"Məşqçilər korpusunun nəyi düzgün, nəyi səhv etdiyini görə bilirik. Birinci hissədə düzgün, ikinci hissədə isə səhv qərarlar oldu. Bunu düzəldəcək insan mənəm. Hələ yalnız ilk matç oynanıldı, 7 oyun qaldı. İlk 24-lüyə düşəcəyimizə inanıram. Sadəcə, bu gün uğursuz bir gün keçirdik", - baş məşqçi deyib.

"Qalatasaray" bu uğursuzluqla 16 oyunluq məğlubiyyətsizlik seriyasına da son qoyub.

İdman.biz

Chosen
1
1
idman.biz

2Sources