EN

Türk ordusu bu halda Suriyadan ÇIXARILACAQ

ain.az bildirir, News24 portalına istinadən.

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyadakı hərbi mövcudluq və sərhəd təhlükəsizliyi ilə bağlı yeni açıqlamalar verib. 

News24.az xəbər verir ki, nazirlikdən olan mənbələr türk əsgərlərinin Suriyadan çıxarılmasının yalnız sərhəd təhlükəsizliyi tam təmin olunduğu və terror təhlükəsi tamamilə aradan qaldırıldığı halda mümkün ola biləcəyini bildirib.

Bununla yanaşı, mediada Rusiyanın Türkiyəyə verilən S-400 hava hücumundan müdafiə sistemlərini geri istəməsi barədə iddialar da gündəmə gəlib.

Milli Müdafiə Nazirliyi Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri, nazirlik sözçüsü kontr-admiral Zeki Aktürk həftəlik mətbuat konfransında türk ordusunun bir müddət daha Suriya ərazisində qalacaqlarını bəyan edib.

Aqil

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
1
news24.az

2Sources