EN

"Mançester Yunayted" qışda portuqaliyalı futbolçunu heyətinə qata bilər

Bakı. Trend:

"Mançester Yunayted” “Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveşləmaraqlanır.

Trend xəbər verir ki, "CaughtOffside"ın məlumatına görə, “qırmızı şeytanlar"ın baş məşqçisiRuben Amorim 28 yaşlı futbolçunun oyun keyfiyyətlərini yüksəkqiymətləndirir. Səudiyyə klubu Neveşi qış transfer pəncərəsində 20milyon avroya satmağa hazırdır.

2025/26 mövsümündə Neveş üç oyun keçirib və bir qol vurub. Onun“Əl-Hilal”la müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdətutulub.

Chosen
38
2
az.trend.az

3Sources