Vaşinqton, 19 sentyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Qəzzada daimi atəşkəsin təmin olunması, HƏMAS və digər qruplar tərəfindən saxlanılan bütün girovların dərhal, qeyd-şərtsiz azad edilməsi qətnaməsi səsə qoyulub. AZƏRTAC-ın məlumatına görə, ABŞ qətnamə layihəsinə qarşı növbəti dəfə veto hüququndan istifadə edib. ABŞ-dan başqa digər 14 ölkə qətnamənin lehinə səs verib.
Layihə 10 qeyri-daimi üzv dövlətlər tərəfindən irəli sürülüb.
Qeyd edək ki, ABŞ bu ilin iyununda da səsverməyə çıxarılan eyni adlı qətnamənin qəbuluna veto qoyub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton