EN

Üzeyir Hacıbəyovun doğum günüdür

Üzeyir Hacıbəyovun doğum günüdür/

Dahi bəstəkarın çoxşaxəli fəaliyyəti hamıya bəllidir.

Lakin çox az adam bilir ki, o, ana dilində yazılmış maraqlı bir "Hesab" dərsliyinin müəllifidir.

Üzeyir bəy Qori seminariyasını bitirib müəllimliyə başlayarkən bu kitabları yazmışdır. Böyük bəstəkarın 1907-ci ildə nəşr edilmiş "Hesab məslələri" kitabı 105 səhifədn ibarət olub, üç hissəyə bölünmüşdür: birinci hissədə bir rəqəmli ədədlərdən, ikinci hissədə onluqlardan, üçüncü hissə ikirəqəmli ədədlərdən bəhs olunur; kitabın hər hissəsində əvvəl bir sual, sonra isə iki və üç suallı məsələlər daxil edilmiş və onlar həll qaydasına görə qruplaşdırılmışdır.

Kitabda 352 məsələ və 4 hesab əməlinə aid çoxlu misallar vardır. Üzeyir Hacıbəyovun kitabındakı misalların dili sadə, məzmunu isə maraqlıdır.

Chosen
10
aznews.az

1Sources