EN

"Yeni dövrdə qalib gəlmək üçün strategiya"

ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Keir Starmer iki ölkə arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Interfaks" məlumat yayıb.

"Bu gün açıqlanan biznes sövdələşmələri və investisiyalar bütün əvvəlki səviyyələri üstələyir. Ümumilikdə 250 milyard funt sterlinq (340 milyard dollar) investisiya Atlantik okeanı boyunca hər iki istiqamətdə axacaq", - Britaniyanın baş naziri qeyd edib.

Starmerin sözlərinə görə, imzalanmış sazişin əsasını süni intellekt (Aİ) sahəsinə yönəldilən sərmayələr təşkil edəcək. Bu sərmayələr xüsusilə "Nvidia Corp.", "Nscale", "OpenAI", "Alphabet Inc."ə daxil olan "OpenAI" və "Salesforce Inc." kimi korporasiyalar tərəfindən həyata keçiriləcək. Gözlənilir ki, bu şirkətlər Böyük Britaniyada uzun illər ərzində ən müasir iş yerləri yaradacaqlar. Təxminlərə görə, bu iş yerlərinin sayı 15 minə çata bilər.

Starmer bu sövdələşməni “yeni dövrdə qalib gəlmək üçün strategiya” kimi qiymətləndirib.

Chosen
8
publika.az

1Sources