EN

Florida edamların sayına görə rekord vurdu

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Florida hakimiyyəti əvvəllər 1990-cı ildə üç nəfəri öldürməkdə təqsirli bilinən 63 yaşlı Devid Pittmanın edam edildiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu, ştatda 2025-ci ilin əvvəlindən bəri 12-ci edamdır və 1976-cı ildə ölüm hökmü bərpa olunduqdan sonra Florida üçün bütün zamanların rekordudur.

ABŞ-da ilin əvvəlindən 31 nəfər edam edilib. 2024 və 2023-cü illərdə ölkədə müvafiq olaraq 25 və 24 nəfər edam olunmuşdu. ABŞ-da edamların ən çox sayı - 98 nəfər 1999-cu ildə olub.

"CBS News"un məlumatına görə, bu ilin payızında Floridada daha iki edamın icrası planlaşdırılır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
2
qaynarinfo.az

3Sources