EN

Trampın Böyük Britaniyaya dövlət səfəri başa çatdı

ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Londondakı Stansted hava limanına gəliblər.

Publika.az xəbər verir ki, onları Çekersdən hava limanına helikopter çatdırıb. Prezident və xanımı tezliklə “Air Force One” təyyarəsinə minərək Böyük Britaniyadan ayrılacaqlar. Bununla da Trampın Böyük Britaniyaya dövlət səfəri başa çatıb.

Qeyd edək ki, dövlət səfəri çərçivəsində ABŞ Prezidenti Donald Tramp Kral III Çarlz ilə görüşüb. Prezidentin şərəfinə Vindzor qəsrində rəsmi ziyafət təşkil olunub. Səfər zamanı Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə texnologiya tərəfdaşlığı sazişi imzalayıb və birgə mətbuat konfransı keçirib.
Chosen
5
3
sherg.az

4Sources