PSJ-nin yarımmüdafiəçisi Joau Neveş zədələnib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Paris klubunun rəsmi saytı məlumat ayıb.
Portuqaliyalı futbolçu Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda “Atalanta”ya (4:0) qarşı keçirilən oyunda sol ayağının arxa bud əzələsini zədələyib.
Neveş görüşün 58-ci dəqiqəsində əvəzlənib. Klubun açıqlamasına əsasən, futbolçu müalicəsini gələn həftəyə qədər davam etdirəcək.
Beləliklə, 19 yaşlı yarımmüdafiəçi Fransa çempionatının 5-ci turunda, sentyabrın 21-də baş tutacaq **“Marsel”**lə oyunu buraxacaq.
Qeyd edək ki, daha əvvəl millinin oyunları zamanı “PSJ”nin hücumçuları Usman Dembele və Dezire Due də zədə almışdı.
Cari mövsümdə Neveş bütün turnirlərdə 11 oyunda iştirak edib, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı oyunçunun bazar dəyərini 80 milyon avro olaraq göstərir.