Musavat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Facebook" səhifəsində ölkəsinin bölgədəki roluna dair yeni bəyanatında bildirib.
Onun sözlərinə görə, Türkiyəyə qarşı yönəlmiş bütün planlar uğursuzluğa məhkumdur:
"İmperialist və sionist qaniçən qüvvələr öz məkrli məqsədlərinə çata bilməyəcəklər. Allahın köməyi ilə bizdə istənilən planı pozmaq üçün güc və uzaqgörənlik var".
Prezident həmçinin milli birlik və həmrəyliyin əhəmiyyətini vurğulayıb:
"Biz 86 milyon insan olaraq yenidən bu planları pozacağıq, qardaşlığımıza, birliyimizə və razılığımıza möhkəm arxalanaraq".
O, həmçinin dözümlülük və mərhəmət dilini qorumağa çağırıb və Türkiyənin "terrorizmdən azad ölkə olmaq hədəfinə çatacağına" əminliyini bildirib.