EN

Almaniyada sahibkar yəhudilərə mağazasına girməsini qadağan etdi

Almaniyanın Flensburq şəhərində bir mağaza sahibi vitrinə yəhudilərin içəri girişini qadağan edən plakat yerləşdirib.

Qaziler.az xəbər verir ki, bu haqda NDR məlumat yayıb.

Nəşrin məlumatına görə, lövhədə belə yazılıb: "Buraya yəhudilərin girməsinə icazə verilmir! Bu, şəxsi heç nə deyil, antisemitizm deyil, mən sadəcə sizə dözə bilmirəm".

Antisemit plakat Flensburqda etirazlara səbəb olub.

Mağaza sahibi öz hərəkətini Qəzza zolağında baş verənlərdən məyus olması ilə izah edib. O, ictimaiyyətin etirazını gözləmədiyini və polisin tələbi ilə lövhəni artıq yığışdırdığını bildirib.

Almaniya prokurorluğu artıq etnik ədavətin qızışdırılması ilə bağlı cinayət işi açıb. Plakat maddi sübut kimi götürülüb, hazırda istintaq tədbirləri davam etdirilir.

QAZİLER.AZ

Chosen
2
qaziler.az

1Sources