EN

Rusiya gəmisi Bakıya gələcək

"Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd gözətçi gəmisi "Rəsul Həmzətov" sentyabrın 23-də Bakı limanına daxil olacaq və sentyabrın 25-dək orada qalacaq".

Oxu.Az-ın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Zaxarovanın sözlərinə görə, səfər Rusiya və Azərbaycan arasında təsdiq edilmiş ikitərəfli əməkdaşlıq planları çərçivəsində həyata keçirilir. Proqrama Xəzər dənizi akvatoriyasında qarşılıqlı əlaqə məsələlərinin müzakirəsi üçün hər iki ölkənin sərhəd xidmətləri arasında təmaslar daxildir. Toyuqlu pizza

O qeyd edib ki, Rusiya və Azərbaycan regionda təhlükəsizliyin möhkəmləndirilməsində və praktiki əməkdaşlığın inkişafında maraqlıdırlar.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında təxminən 22 kilometrlik dəniz sərhədi mütəmadi koordinasiya edilmiş nəzarəti tələb edir və gəminin səfəri sərhəd xidmətləri xətti ilə əməkdaşlığın davam etdirilməsi üçün qarşılıqlı istəyi təsdiqləyir.


Telegram kanalımız
Chosen
23
9
yenisabah.az

10Sources