ABŞ hökuməti Əfqanıstandakı "Baqram" aviabazasına nəzarəti bərpa etməyə çalışır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Keyr Starmerlə birgə mətbuat konfransında bildirib.
"Dünyanın ən böyük hava bazası olan Baqramı özümüzdə saxlayacağıq. Yeri gəlmişkən, onu geri almağa çalışırıq. Bu, bir az sensasiyalı ola bilər",- Tramp qeyd edib.