EN

Paris Hiltonun evində xüsusi bir otağı var: O nə üçündür?

Amerikalı model və aktrisa Peris Hilton böyük günəş eynəyi kolleksiyasını saxlamaq üçün ayrıca otağı olduğunu etiraf edib.

HİT.az xəbər verir ku, bu yaxınlarda "The Times"a verdiyi müsahibədə ulduz eynək kolleksiyasının bu illər ərzində formalaşdığını və hazırda 10 min cütə yaxın olduğunu bildirib. 

Bir vaxtlar o, böyük yuvarlaq "Dior" modellərini sevib, indi isə "Karl Lagerfeld"in pişik gözü modellərinə üstünlük verir:

"Evimdə eynək üçün bütöv bir otağım var və divarda 10 minə yaxın günəş eynəyi olan holoqrafik rəflər yerləşir".

Hiltonun bu yaxınlarda 63 milyon dollara aldığı Beverly Hillsdəki yeni malikanə 30.000 kvadrat futdan çox sahəyə malikdir, buna görə də "eynək otağı" üçün kifayət qədər yer var. Bundan əlavə, ulduz evi müasir gözəllik texnologiyaları ilə xüsusi spa kompleksi ilə təchiz edib.

Xatırladaq ki, Paris Hilton 2021-ci ildən sahibkar Karter Reumla evlidir. Cütlüyün iki övladı var: oğlu Phoenix Barron və qızı London Merilin.

Samir

Chosen
3
hit.az

1Sources